Onlayn ictimai-siyasi qəzet
Deputat Aqil Abbas Milli Məclisdə çıxış edərək maraqlı ideya irəli sürüb.
Musavat.com xəbər verir ki, o, İstanbulu işğaldan azad edən Sultan Mehmet Fatehlə Xankəndini, Şuşanı azad edən Prezident İlham Əliyevdən danışdı.
Bildirdi ki, Fateh Sultan Mehmet İstanbulu fəth edib orada Türk bayrağı qaldırmaqla adını tarixə yazdırdı, Prezident İlham Əliyev də Qarabağı işğaldan azad edib, Xankəndidə Azərbaycan bayrağı qaldırmaqla adını tarixə yazdırdı.
A.Abbas ardınca bildirdi ki, Türkiyədə çəkilən film Fateh Sultan Mehmetin adını yaşatmaq üçün “Fatehlər fatehi Sultan Mehmet” adlanır: “Mən inanıram ki, bizdə çəkiləcək film də “Fatehlər Fatehi Prezident İlham Əliyev adlanacaq”.
E.Paşasoy,
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ