Onlayn ictimai-siyasi qəzet
Bu ilin aprel ayında Heydər Əliyev Beynəlxalq Aeroportu 570 minə yaxın sərnişinə xidmət göstərilib.
Musavat.com "Heydər Əliyev Beynəlxalq Aeroportuna istinadən xəbər verir ki, bu isə 379 min sərnişinin daşındığı ötən ilin müvafiq dövrü ilə müqayisədə 50 % çoxdur.
Bildirilib ki, beynəlxalq istiqamətlər üzrə sərnişin daşımalarının 54,3 % xarici aviaşirkətlərin, qalan hissəsi isə milli aviadaşıyıcının payına düşüb. Xarici aviaşirkətlər 280 mindən çox, milli aviadaşıyıcı isə 236 min sərnişinə xidmət göstərib.
Naxçıvan istiqamətində bu ilin aprel ayında daşınan sərnişinlərin sayı 30 % artaraq - 52,7 min nəfər təşkil edib. 2023 və 2024-cü ilin aprel ayının göstəricilərini müqayisə etdikdə bu marşrut üzrə reyslərin sayı 152-dən 266-yə yüksəlib.
Bununla yanaşı, tranzit sərnişinlərin sayında da artım müşahidə olunub. Ötən ilin aprel ayı ilə müqayisədə tranzit sərnişinlərin sayı 85 % artaraq 28 min nəfər təşkil edib.
Beləlikdə, bu ilin ilk 4 ayında Bakı hava limanında 41,3 % çox - 2 milyondan artıq sərnişinə xidmət göstərilib. Qeyd olunan dövr ərzində hava limanından populyar beynəlxalq istiqamətlər sırasında İstanbul, Tbilisi, Dubay, Əbu-Dabi, Moskva, Ankara, Sankt-Peterburq, Dehli, Doha və Şarja kimi şəhərlər olub. AZAL, “Turkish Airlines”, “Ajet”, “Aeroflot”, “Rossiya Airlines”, “Air Arabia”, “Wizz Air Abu Dhabi”, “FlyDubai”, “Georgian Wings”, “Indigo”, “Qatar Airways” və digər aviaşirkətlər tərəfindən bu marşrutlar üzrə 1,178 milyondan çox sərnişin daşınıb.
Həmçinin, Bakı aeroportundan uçuş həyata keçirən aviadaşıyıcıların sayı 29-dan 34-də (14-ü loukoster) yüksəlib ki, bu da sərnişinlərə daha çox səyahət seçimi imkanı təqdim edib. Bu aviaşirkətlər tərəfindən cari ilin ilk 4 ayı ərzində 8 494 reys yerinə yetirilib.
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ