İnsanlara hürriyət, millətlərə istiqlal!

Apreldə Avropa anbarlardan rekord həcmdə qaz götürüb

Aprel ayında Avropanın yeraltı anbarlarından (UGS) 2,77 milyard kubmetr qaz götürülüb ki, bu da soyuq hava fonunda bu ay üçün ikinci rekord olub.

Musavat.com Gas Infrastructure Europe-nin məlumatına istinadən xəbər verir ki, aprelin sonunda Aİ-də ümumi yığılmış qaz ehtiyatları 62,3 faizə yüksəlib, lakin artıq rekord həddə deyil. Eyni zamanda, son bir ayda terminallardan Avropa qaz ötürmə sisteminə maye qaz - LNG daxilolmaları fevral ayından etibarən minimuma enib.

Apreldə Avropanın yeraltı qaz anbarlarından götürülən qaz həcmləri ötən ilin göstəricilərindən 37 faiz çoxdur. Bu göstərici bütün müşahidələr tarixində bu ay üçün ikinci ən yüksək göstərici olub. Ay ərzində anbarlara 6,1 milyard kubmetr qaz vurulub ki, bu da əvvəlki illə müqayisədə 7,7 faiz azdır.

Qeyd edək ki, bu il Avropada istilik mövsümü 2024-cü il martın 31-də başa çatıb. 145 gün davam edən mövsüm boyu Aİ ölkələri anbarlardan 51,6 milyard kubmetr götürüb, bu dövrü 58,34 faizlik rekord ehtiyatla başa vurub.

Avropa anbarlarında qaz ehtiyatları aprelin 30-na 62,32 faizə yüksəlib ki, bu da son beş ildəki orta göstəricidən 15,31 faiz bəndi çoxdur. Ötən ayın sonunda onlarda 68,26 milyard kubmetr qaz olub. Lakin soyuq hava fonunda istehlakın artması səbəbindən yeraltı qaz anbarında bu qazın həcmi ilin bu vaxtı üçün rekord səviyyə olmayıb.

Mərkəzi və Qərbi Avropada bu həftə havanın əvvəlki yeddi günlük dövrlə müqayisədə xeyli isti olacağı gözlənilir. Aİ-nin elektrik enerjisi istehsalında külək enerjisinin payı aprel ayında 20 faiz təşkil edib.

Aprelin sonunda Avropada qazın orta qiyməti 6 faiz artaraq min kubmetr üçün 320 dollar təşkil edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR