İnsanlara hürriyət, millətlərə istiqlal!

Apple-dan telefonunu yastığın altına qoyanlara xəbərdarlıq

ABŞ-ın aparıcı texnologiya şirkətlərindən biri olan “Apple” istifadəçilərinə enerji yığmaq üçün qoşulduqları cihazları ilə uzun müddət təmasdan çəkinmələri barədə xəbərdarlıq edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Apple-ın internet saytında iPhone əməliyyat sistemi iOS-un ən son versiyası ilə bağlı "iPhone üçün vacib təhlükəsizlik məlumatı" başlığı altında telefonlarını bir gecədə dolduran insanlar üçün xəbərdarlıqlar var.

“Apple” istifadəçilərə belə bir xəbərdarlıq edir: “Cihaz işlək və ya enerji mənbəyinə qoşulmuş haldaykən, enerji adapteri və ya simsiz şarj cihazı ilə uzun müddət dəri təmasından qaçmaq üçün sağlam düşüncədən istifadə edin”.

Xəbərdarlıqlarda cihazın havalandırılmayan yerlərdə olmasının “narahatlıq və ya zədə yarada biləcəyi” də qeyd edilib.

İstifadəçilərə məlumat məktubunda həmçinin onlara cihazlarını, simsiz şarj cihazını və ya enerji adapterini yorğan, yastıq və ya bədən altına qoymamaq və bu şəkildə yatmamaq tövsiyə olunub. 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR