Onlayn ictimai-siyasi qəzet
“Ermənistan Respublikasının hökuməti və baş nazirinin yeritdiyi siyasətdən belə anlaşılır ki, onlar Ermənistanın Qarabağla bağlı konstitusiyada təsbit olunmuş öhdəliklərini təbliğ etməkdə qətiyyən maraqlı deyillər”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlərin müəllifi erməni siyasətçi, keçmiş deputat Anna Kostanyandır.
Baş nazirin bəyanatlarında əsas söz “əgər” sözüdür ki, bu da Azərbaycanın böyük ehtimalla münasibətlərin tənzimlənməsinin əsasında duran prinsiplərə əməl etməyəcəyini ifadə edir. Əgər Azərbaycan bu prinsiplərə sadiq olsaydı, artıq sənəd imzalanardı. Azərbaycan Ermənistana qarşı ekspansionist iddialarında çox açıqdır.
Kostanyanın sözlərinə görə, bu qısa müddətdə qondarma sülh gündəliyinin təsdiqlənəcəyinə inanmaq sadəlövhlükdür: “Bunlar Ermənistan Respublikasının de-fakto baş nazirinin Qərb üçün ifadə etdiyi boş ümidlərdir”.
“Bu rejimin atdığı addımlar onu deməyə əsas verir ki, çox yaxın gələcəkdə nəinki Konstitusiya dəyişdiriləcək, hətta Ermənistan Respublikasının Müstəqillik Bəyannaməsi də ləğv ediləcək”, - deyə erməni müxalifətçi iddia edib.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ