İnsanlara hürriyət, millətlərə istiqlal!

Anna Akopyan Paşinyandan 2 illik ayrılır

“Mənim addımım” fondunun icraçı direktoru, Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyan sentyabrda Pekin Normal Universitetində Çin fəlsəfəsi üzrə iki illik magistr proqramı üzrə təhsil almaq üçün Çinə gedəcək.

Musavat.com-un məlumatına görə, bu barədə “My Step Foundation” məlumat yayıb.

“Proqram ingilis dilində tədris olunur və Çin fəlsəfəsi, etikası və siyasi nəzəriyyəsinin hərtərəfli öyrənilməsini əhatə edir”, - açıqlamada bildirilir.

“Çinə son səfərim zamanı insanların bu qüdrətli dövlətdə necə yaşadıqlarını görəndə düşündüm ki, bizim bir çox problemlərimizin səbəbi maarifləndirmə xarakteri daşıyır”, - deyə Anna Akopyan “Təhsil dəbdədir” hərəkatı çərçivəsində keçirilən görüş zamanı deyib.

Xəbərdə deyilir ki, bəhz bu təcrübənin təəssüratları altında Akopyan ötən il “Təhsil dəbdədir” hərəkatının təşəbbüskarı olub, hazırda qurumun 8000-ə yaxın iştirakçısı var və Ermənistanın 19 icmasında görüşlər keçirməyə nail olub.

“Hərəkatın məqsədi ömür boyu təhsili yoluxucu və Ermənistanın ən ucqar kəndlərində yaşayan insanlar üçün əlçatan etməkdir.

Uzun illər akademik həyatında fasilədən sonra Çində ali təhsil almağa davam edən Anna Akopyan da nümunə kimi çıxış edir. O əmindir ki, insan həmişə qlobal təcrübəyə açıq olmalı və onu lokallaşdırmaqla ümumi sosial inkişafa xidmət etməlidir.

Pekində Anna Akopyan Çin fəlsəfəsinin təməl daşlarını, o cümlədən Konfutsiçilik, Daoizm, Çin siyasi fəlsəfəsi, Çin etikasını və s. öyrənəcək.

Fevral ayında müsahibə mərhələsi də daxil olmaqla qəbul prosesi başlayanda, fakültə Anna Akopyanın öyrənmək istəyi, cavabları və elə ilk müsahibədən əldə etdiyi məqsədlərdən çox təsirləndi”, - erməni mətbuatının yaydığı materialda bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR