İnsanlara hürriyət, millətlərə istiqlal!

Andrey Arşavin Kriştianu Ronaldunu qadına bənzədib

Keçmiş rusiyalı futbolçu Andrey Arşavin 2024-cü il Avropa çempionatının 1/8 finalında Sloveniya millisi ilə oyunda (0:0, penaltidən 3:0) qol vura bilməyən portuqaliyalı hücumçu Kriştianu Ronaldunun gözyaşlarından danışıb.

Məlumata görə, keçmiş futbolçu Kriştianu Ronaldunun gözyaşlarının inandırıcı olmadığını deyib:

"Bu, ilk dəfə olsaydı, yəqin ki, burada Ronaldunu dəstəkləyərdim. Amma bu hadisə təkrarlandığı üçün o mənə qız kimi görünür. Mənə elə gəlir ki, o, daha çox ağladığına görə deyil, filmə çəkiləcəyini və insanların bundan danışacağını bildiyi üçün ağlayır. B, mənim fikrimdir. Düşünmürəm ki, bu onun reputasiyasına xələl gətirir. Onun ağlaması pərəstişkarı olan bütün qızları xoşbəxt edir. Bu, heç bir şəkildə onun imicinə xələl gətirmədi. Ümumiyyətlə, bu çempionatda o, komanda üçün həmişəkindən daha çox oynayır və əvvəlkindən artıq performans göstərir".//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR