İnsanlara hürriyət, millətlərə istiqlal!

Andranik Tevanyan: Trampın qələbəsindən sonra Nikol Paşinyan yetim qaldı

 

Erməni revanşist siyasətçi Andranik Tevanyan Trampın qələbəsinin Paşinyanın siyasi mövqeyini sarsıtdığını bildirib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Tevanyan Trampın seçilməsinin Ermənistanda "vulqar demokratiyaya" son qoymaq üçün bir fürsət olduğunu düşünür.

Onun sözlərinə görə, ABŞ-da “müharibə tərəfdarları” məğlub olub və bu da Paşinyanın ideoloji dəstəyini itirməsinə səbəb olub. Tevanyan, Paşinyanı "keçmişin yadigarı" adlandıraraq, onun siyasi arenadan uzaqlaşdırılmasının zəruriliyini vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR