Anar müəllim kimi məsləhət bilibsə, ev ona verilib - AYB-nin katibi
Anar müəllim kimi məsləhət bilibsə, evlər həmin şəxslərə verilib.
Musavat.com xəbər verir ki, bunu Report-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli deyib.
Onun sözlərinə görə, Yazıçılar Birliyinə 250 nəfər ev üçün müraciət edib və Anar müəllim kimi məsləhət bilibsə, evlər həmin şəxslərə verilib:
"Bu şəxslərin sırasında əvvəldən ev növbəsi gözləyənlər də, yeni müraciət edənlər də var".
"Həmin ev bölgüsü prosesində iştirak etməmişəm. Düşünürəm ki, ev bölgüsü kimin evinin olub-olmaması prinsipi ilə aparılıb",- E.Hüseynbəyli vurğulayıb.
ŞƏRHLƏRŞƏRH YAZ