İnsanlara hürriyət, millətlərə istiqlal!

Ananın ölümə məhkum etdiyi körpədən XƏBƏR VAR: Vəziyyəti ağırdır...

Tovuzda ananın ölümə məhkum etdiyi körpənin vəziyyəti ağırdır.

Musavat.com bildirir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.

Qurum sədri qeyd edib ki, hazırda körpə xəstəxanadadır.

"Uşaq Respublika Pediatriya Mərkəzinin həkimlərinin səyi nəticəsində yüksək səviyyədə müalicə olunur. Mərkəz tərəfindən uşağın bütün ehtiyacları qarşılanır", deyə Kəmalə Ağazadə qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində 1 yaş 2 aylıq körpə anası tərəfindən tərk edilərək, günlərlə evdə tək qalmış vəziyyətdə aşkarlanıb. Məlum olub ki, körpənin anası Aygün Qədimova nikahdan kənar doğulan övladına sahib çıxmaq istəmir.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Mart 2025

BÜTÜN XƏBƏRLƏR