İnsanlara hürriyət, millətlərə istiqlal!

ANAMA-nın minaya düşən əməkdaşı şəhid övladı imiş

Cəbrayıl rayonu ərazisində minaya düşən Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Heydər Əli oğlu Xankişiyev şəhid övladıdır.

Musavat.com Xəzər TV-yə istinadən bildirir ki, Heydər Xankişiyev İmişli rayonunun Sarıxanlı kənd sakinidir.

O, Birinci Qarabağ müharibəsinin şəhidi Əli Şahlar oğlu Xankişiyevin övladıdır.

Əli Xankişiyev İmişli Rayon Polis Şöbəsinin əməkdaşı olub.

Polis baş çavuşu olmuş Əli Xankişiyev 1991-ci ilin 14 noyabrında Cəbrayıl rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

@@TVmusavat/112420@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Aprel 2025

08 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR