Onlayn ictimai-siyasi qəzet
Bakının Suraxanı rayonunda 2002-ci il təvəllüdlü Ayaz tanışının 8 yaşlı qızı Ləmana (adlar şərti verilib – red.) təcavaüz edib.
Ayaz 26 mart 2023-cü ildən 4 aprel 2023-cü ilədək tanışı Aybənizin evdə olmadığı zaman azyaşlı uşaqlarına nəzarət etmək üçün kirayənişin qismində yaşadığı Qaraçuxur qəsəbəsindəki fərdi yaşayış evinin giriş qapısının açarını ona verməsindən sui-istifadə edib.
Ayaz qeyri-təbii yolla cinsi ehtirasını təmin etmək məqsədi ilə Aybənizin 2015-ci il təvəllüdlü övladı Ləmanın azyaşlı, sadəlövh olmasından, habelə ona qarşı seksual hərəkətlərin mahiyyətini dərk etməməsi və köməksiz vəziyyətindən istifadə edərək ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.
İstintaq orqanı tərəfindən Ayazın barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.
Ayazın barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
“Sosial şəbəkədə tanış olduq”
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Ayaz ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Aybənizlə sosial şəbəkədə tanış olub: “Sonradan məlum oldu ki, Aybəniz mənim qohumum Aysellə rəfiqədir, onların övladları Yevlax rayonunda eyni orta məktəbdə təhsil alıblar.
Aybənizgilin maddi vəziyyəti çox pis idi. Mənə dedi ki, anası onlara zülm edir, bazarlıq edərək evə qoyur, evin qapılarını bağlayaraq gedir və onlara yemək vermir. Mən öz evimdən avadanlıq, əşyalar və azuqə gətirərək Aybənizə verdim. Mənim səhvim ona və övladlarına kömək etmək olub.
Sonradan mənim qohumumla Aybəniz bir-birilərinə qoşularaq bir yerdə Bakı şəhərinə qaçdılar. Biz öz qohumumuzu geri qaytardıq. Aybənizsə Bakı şəhərində tək qaldı. Mən yenə Aybənizə kömək etdim, ərzaq aldım, ailəmin mənə göndərdiyi puldan Aybənizə verdim”.
“Bildirdim ki, hər şey bitdi”
Təqsirləndirilən şəxs qeyd edib ki, Aybəniz onun qohumları haqqında nalayiq sözlər işlədəndə aralarında mübahisə yaranıb və münasibətləri pozulub: “Aybənizə bildirdim ki, daha aramızda hər şey bitdi, nə qapına gələcəm, nə də köməklik göstərəcəm.
Bir həftə sonra Aybəniz qapıma polislərlə gəldi. Mənə təzyiqlər oldu. Polis idarəsində məndən bu barədə soruşanda uşağa heç bir şey etmədiyimi bildirdim. Sonra üzərimə çox gəldilər, məni qorxutduqları üçün istintaqda etirafedici ifadələr verdim”.
“Aramızda düşmənçilik yarandı”
Təqsirləndirilən şəxsin sözlərinə görə, Yevlax şəhərində yaşayıb, Bakıya banklardan birində işə düzəlməyə gəlib: “Həmin vaxt heç yerdə işləmirdim. "Xalqlar Dostluğu" metrostansiyasının yaxınlığında xalamın evində qalırdım. Aybənizlə sosial şəbəkədə dost kimi tanış olduq. Sonradan bildim ki, mənim qohumum Aydan Əliyeva ilə rəfiqədir. Bundan sonra aramızda mehribançılıq yarandı.
Aybəniz mənə evin açarını verməyib. O, evdə olmayanda uşaqların vəziyyətini qapıdan soruşub geri qayıdırdım. Bu müddət ərzində 10-15 dəfə evə daxil olmadan qapıdan uşaqları soruşmuşam. Bu ittiham Aybənizin mənimlə düşmənçilik aparması ilə bağlı verildi. Qohumum haqda nalayiq sözlər işlətdiyi üçün aramızda düşmənçilik yarandı. Mən də daha ona kömək etmədim.
Polis əməkdaşları məni döymədilər, lakin döymək istəyirdilər. Mən də qorxduğum üçün azyaşlı Ləmana qarşı seksual xarakterli hərəkətlər etdiyimi boynuma aldım”.
Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaqa ifadələri arasında ziddiyyətlər müəyyən edib. Bu səbəbdən onun istintaqa verdiyi ifadəsi məhkəmədə açıqlanıb.
“Aramızda sevgi münasibəti olmayıb”
Həmin ifadədən məlum olur ki, Ayaz Yevlax şəhərində qeydiyyatda olub, amma 2023-cü ilin yanvarından xalası Baharın Bakı şəhərində olan evində yaşayıb: “2019-cu ildə kollecdə “Bank işi” fakültəsini bitirmişəm, orta ixtisas təhsilliyəm. Zərərçəkmiş Ləmanın anası Aybənizi 2 ilə yaxın müddətdir Yevlax şəhərindən tanıyıram. Anamın xalası qızı Aysel ilə rəfiqə olublar, uşaqları da Yevlax şəhər tam orta məktəbində eyni sinifdə oxuyublar”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci ilin dekabrında Aybəniz və Aysel uşaqları ilə birlikdə evdən valideyinlərinin xəbəri olmadan çıxaraq Bakı şəhərinə gəliblər və Qaraçuxur qəsəbəsində kirayəşin yaşayıblar:
“Aysel sonradan Yevlax şəhərinə öz ailəsinin yanına qayıtdı, Aybəniz isə restoranda özünə iş taparaq işləməyə başaldı. Məni Aybənizlə qohumum Aysel Yevlax şəhərində tanış etmişdi. Bakı şəhərində yaşadığını isə özü dedi.
Bakı şəhərinə gələrkən Aybənizlə daim telefon əlaqəsi saxlamışam, dost kimi görüşmüşük. Lakin aramızda hər hansı sevgi münasibəti olmayıb”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 2023-cü ilin fevralından Aybənizin kirayə yaşadığı evə qonaq gedib və onun 3 azyaşlı uşaqları Vüqar, Ləman və Sevda ilə birgə yaşadığını görüb: “Aybəniz işə gedərkən hər üç uşağı evdə tək qalırdı. 2023-cü ilin martın əvvəllərində Aybəniz məndən xahiş etdi ki, gündüz vaxtlarında onun evinə gələrək uşaqlarına nəzarət edim. Evin açarının bir nümunəsini mənə verdi.
Mən də işləmədiyim üçün boş vaxtlarım çox olduğundan hər gün saat 10 radələrində onun evinə gedərək, günün müxtəlif vaxtına qədər uşaqlara nəzarət edirdim”.
“Seksual xakterli hərəkətlər etdim”
Ayazın sözlərinə görə, ilk dəfə martın 26-da saat 20 radələrində Aybənizin kirayə yaşadığı evdə yataq otağındakı taxtda tək uzanaraq mobil telefonuna baxıb: “Ləman yanıma gəlib uzandı və telefona baxdı. Digər iki uşaq isə o biri otaqda məşğul idilər. Mənim Ləmana qarşı cinsi hissim oyandı və onu qucaqlayaraq əvvəlcə üzündən, sonra isə dodağından öpdüm. Ləman aqressivlik göstərmədiyi üçün həvəsim daha da artdı. Buna görə onu soyundurdum, əlimlə bədəninin aşağı nahiyyəsini əlləməyə başladım və səsini çıxarmamağı tapşırdım.
Bundan sonra şalvarımı soyundum, Ləmana qarşı seksual xarakterli hərəkətlər etdim. Ləmana səssiz olmasını dedim, o da qorxusundan səsini çıxarmadı. Bu qayda ilə onunla təxminən 3 dəqiqə cinsi əlaqədə olmağa davam etdim.
Lakin uşaqların gəlməsindən qorxaraq bu istəyimi başa çatdırmadım. Sonra paltarımı geyindim. Ləman da geyinərək yataqdan qalxdı, ona bu barədə heç kimə deməməsini bildirdim. Aybənizin evə gəlməsini gözləmədən oradan çıxıb getdim”.
“Məcbur etmədim”
Ayazın ifadəsinə görə, bir gün sonra yenidən Aybənizin yaşadığı evə gəlib, hər hansı söz-söhbət olmadığını bilib: “Bir həftə sonra yenidən Aybənizin kirayə yaşadığı evə yollandım, saat 14 radələrində mobil telefonumu Sevdaya verdim, qardaşı Vüqarla digər otaqda oynamağı tapşırdım. Ləmanı isə yanımda saxlayaraq yatağa uzatdım, onun dodağından öpərək şalvarını çıxarmaq istədim. Amma Ləman buna imkan vermədi. Buna görə onu məcbur etmədim və səs salacağından qorxdum.
Sonuncu dəfə aprelin 4-də Aybənizin kirayə yaşadığı evdə uşaqları ilə tək olarkən eyni qayda ilə Ləmanı otaqda saxladım, Sevdaya mobil telefonumu verərək qardaşı ilə birlikdə digər otağa göndərdim. Ləmanı öpdüm, əynində olan paltarını aşağıya doğru çəkdim. Onunla cinsi əlaqədə olmaq istəsəm də, buna imkan vermədi. Onu məcbur etmədən paltarını geyinməsinə mane olmadım. Özüm də şalvarımın qarşısını bağladım. Saat 17 radələrində oradan çıxaraq evə getdim”.
Ayaz qeyd edib ki, həmin günün səhəri, yəni aprelin 5-də Aybəniz ona zəng edib və qızı Ləmana qarşı əxlaqsız hərəkətlər etməyinin səbəbini soruşub: “Əvvəlcə boynuma almadım. Aybəniz məni evlərinə çağırdı. Bu zaman qorxumdan anama Ləmana qarşı etdiyim hərəkətlər barədə danışdım və onunla birlikdə saat 18 radələrində Aybənizin yaşadığı evə getdik.
Orada söhbət əsnasında etdiyim hərəkətlərə görə Aybənizdən üzr istədim, barəmdə şikayətçi olmamasını xahiş etdim. O da şikayət etmədi. Bir müddət sonra isə, yəni mayın 14-də Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin iki əməkdaşı yaşadığım ünvana gələrək məni bölməyə dəvət etdilər. Birlikdə 32-ci polis bölməsinə getdim və orada Ləmana qarşı etdiyim hərəkətlərə görə nənəsi Lətifənin şikayət etdiyini öyrəndim”.
“Bildirdi ki, Ayaz onu dəfələrlə zorlayıb”
İş üzrə şahid qismində ifadə verən Aybənizin sözlərinə görə, Ayazı bir ildən artıq rəfiqəsi Ayselin xalası oğlu kimi tanıyıb: “Ayazı rəfiqəm Ayselin qızının yanında görmüşdüm. Ayselin qızı ilə mənim qızım bir məktəbdə təhsil alırdı, onu pis insan kimi tanımamışam.
Mən Bakı şəhərinə gələndə Ayaz bir qardaş kimi yanımda oldu. Bakı şəhərini tanımadığıma görə mənə kömək etdi, mənə iş tapacağını dedi.
Bir gün iş üçün şəxsiyyət vəsiqəmin surəti lazım olduğundan rayona getdim. Ayazdan uşaqlarıma baxmasını xahiş etdim. Rayondan geri qayıdanda Ayaz evdə idi. Səhəri gün qızım Ləmanın yuxudan durmadığını gördüm. Bununla bağlı narahat oldum. Çünki Ləman heç vaxt belə gec durmazdı. Həmin gün Ayaz da bir qəmli status paylaşdı. Zəng edib nə üçün belə kədərli status paylaşdığını soruşdum. Heç nə demədi və ağladı.
Qızım yuxudan duranda Ayazla danışdığımı gördü. Mənə telefonu söndürməyimi, deyiləsi sözü olduğunu bildirdi. Ayaz telefonda Ləmanın səsini eşidəndə dedi ki, gör uşaq nə istəyir. Telefonu söndürüb qızımla danışdım. Bildirdi ki, Ayaz onu dəfələrlə zorlayıb. Mən şoka düşdüm. İnanmadım ki, qardaş dediyim adam övladıma qarşı belə hərəkət etsin”.
“Məni şantaj etdiklərinə görə heç kimə demədim”
Aybəniz qeyd edib ki, daha sonra Ayaz ona zəng edib və qızının ona nə dediyini soruşub: “Bildirdi ki, uşaq birdən nəyisə səhv başa düşər, nəsə yanlış şeylər danışar. Mən uşağı danışdırıb tam məlumat aldıqdan sonra yenidən Ayaza zəng etdim və uşağın söylədiklərini ona bildirdim. Ayaz hay-küy saldı və uşağa heç nə etmədiyini, ona şər atdığımızı söylədi.
Ayaza bildirdim ki, qızımın 7 yaşı var, böyük qız deyil ki, qızı ona vermək üçün bəhanə edim. Ayaz əvvəllər mənə demişdi ki, bütün qapalı işlərini anasına danışır.
Bir azdan Ayazın anasın zəng etdi. Telefonu açanda məni təhqir etməyə başladı və bildirdi ki, oğluna şər atırıq.
Bir neçə gün sonra Ayazın anası oğlunu da də götürərək bizə gəldi və Ayazın belə hərəkətlər etmədiyini bildirdilər. Ona bu barədə uşaqdan soruşmasını təklif etdim. Daha sonra ətrafdan məni qorxutdular ki, məsuliyyətsizliyimə görə uşağı əlimdən alacaqlar. Mən də qorxduğumdan bu barədə heç kimə heç nə demədim. Yalnız rəfiqəm Sevilin yanına getdim və uşağa baxmasını xahiş etdim, qorxulu bir şey olub-olmamasını öyrənmək istədim.
Sevil də baxaraq dedi ki, qorxulu bir şey yoxdur. Bakı şəhərində heç kimim olmadığına görə və məni şantaj etdikləri səbəbindən heç kimə heç nə demədim”.
Aybəniz bildirib ki, Ayaz ona maddi cəhətdən yardım etməyib, onunla yaxınlıq etmək kimi münasibətləri olmayıb: “Mən özüm Ayaza çox dəstək olmuşam. Qaraçuxurda çörək sexində işləyirdim. Evinin açarını Ayaza verib uşaqlardan muğayat olmasını xahiş edirdim.
Ayaz əvvəllər də dəfələrlə mənim evimdə olub. Lakin uşaq ona qarşı hər hansı əxlaqsız hərəkətlər etməsi barədə mənə heç nə deməyib”.
“Yalvardım ki, qızım pis yollara düşüb”
İş üzrə şahid qismində ifadə verən Aybənizin anası Xatirənin sözlərinə görə, qızıboşanıb və uşaqları ilə birlikdə evinə geri gəlb: “Həmin ərəfədə Aysel və Sevil adlı qadınlar evimə gəlib-gedirdilər. Mən etirazımı bildirərək həmin qadınları evinə gətirməməsini tapşırdım. Qızım sözümü eşitmədi.
Bir gün qızım rəfiqəsi Ayselə qoşularaq Bakı şəhərinə qaçdı. Mən Bakıya gəldim, Aybənizi axtararaq tapdım. Suraxanı rayon İcra Hakimiyyətinə gedərək yalvardım ki, qızım pis yollara düşüb, nəvələrim onun yanında qalmasın. Suraxanı rayon İcra Hakimiyyəti nümayəndə göndərdi. Həmin vaxt Sevil də evdə idi. Ayazı göstərərək onun qardaşı oğlu kimi təqdim etdilər.
Evə gələrək uşaqları qapı arxasından gördüm. Aybəniz Sevil və Aysellə səhər saat 9-da evdən çıxır, axşam saat 21-də evə qayıdırdılar. Hara getdikləri və ya haradan gəldikləri mənə bəlli deyildi. Səhəri gün uşaqları görməyə getdim. Uşaqlar qapının arxasında ağlayırdılar.
Mən Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurdum, amma sözlərimə məhəl qoyulmadı. Qapının arxasında gözlədim, səhəri gün icra hakimiyyətinə gedərək nəvələrimin qapı arxasında qaldığını bildirdim. Polis vasitəsilə nəvələrimlə görüşdüm, qızım məni kənara itələdi.
Mənə indi aydın olur ki, belə məsələlər olduğu üçün qızım məndən gizlətmək üçün nəvələrimlə görüşdürməyib”.
“Şikayət etdim”
Xatirə qeyd edib ki, daha sonra Xəzər televiziyasına çıxıb və dərdini danışıb, oradan Aybənizi anons veriblər: “Sevil bunu eşitdikdə Aybənizə məlumat verdi. Aybəniz gördü ki, artıq biabır olur, bacıma zəng vurdu. Dedi, anama deyin gəlsin evə, uşaqlar 10 gün mənim yanımda qalacaq, 10 gün də onda qalacaq. Mən qayıdaraq evə gəldim, çox sevindim.
Ləman yanımda olarkən velosiped sürəndə velosipedə otura bilmədiyini, eynilə stulda da əyləşə bilmədiyini müşahidə etdim. Nəvəmdən ona nə olduğunu soruşdum. Nəvəm “sənə bir söz demək istəyirəm, amma qorxuram, həm də utanıram” dedi. Gecə Ləmanın qızdırması qalxdı, uşaq özünü batırdı.
Gecə saat 2-də Ləman başına gələnləri mənə danışdı. Səhər 102 xidmətinə zəng vuraraq bu barədə məlumat verdim. Sonra mənə dedilər ki, hadisə olan əraziyə müraciət etməliyəm. Suraxanı rayonunda 32-ci polis bölməsinə gəldim, orada bu işi açdılar. Həmin gün Ayazı tutaraq gətirdilər”.
Şahid bildirib ki, Sevil yanında bir oğlanla gəlib, uşaqların yanında spirtli içki içib, pis işlərlə məşğul olublar: “Aybənizi də qorxudublar ki, açıb mənə desə, onu analıqdan məhrum edəcəklər, uşaqlarını əlindən alacaqlar. Bu işləri görən Sevil, Aysel və Ayazın anası olub. Aybənizin nə səbəbə bu hadisəni gizlətməsini bilmirəm. 5 aydır uşaqlara mən baxıram”.
Məhkəmənin hökmü ilə Ayaz 18 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.\Teleqraf.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ