İnsanlara hürriyət, millətlərə istiqlal!

"Amnistiya bəraət vermək demək deyil" - Qazaxıstanın baş prokuroru

Qazaxıstanın baş prokuroru ötən il baş verən yanvar hadisələrindən sonra həbs edilənlərə amnistiya verildiyi üçün yaranan ictimai narazılığa dair şərh verib.

Musavat.com Qazaxıstan mediasına istinadla xəbər verir ki, baş prokuror Berik Asılov bildirib ki, ümumilikdə yanvar hadisələri ilə bağlı məhkəmələr tərəfindən 1221 şəxs barəsində işlərə baxılıb, onlardan 1205-i məhkum edilib.

“Amnistiya humanizm aktı kimi qəbul edilib, 905 nəfərə amnistiyaya tətbiq edilib. Qərarlarla razılaşmayanlar var. Bir çox insanlar amnistiya ilə  bərəaətverməni qarışdırırlar. Onlarla izahat xarakterli söhbətlər apardıq”, - deyə Asılov cavab verib.

Qeyd edək ki, “Amnistiya haqqında” qanun çərçivəsində kütləvi iğtişaşlar şəraitində təxribatçıların təsiri altına düşərək cinayət əməlləri törətmiş şəxslər cəzadan azad edilib. Məhkəmələr ağır cinayətlərdə təqsirli bilinən 1001 nəfərin cəza müddətini azaldıb.

Bundan əvvəl Qazaxstan parlamentinin deputatı Berik Bekjanov deyib ki, bir çox vətəndaş amnistiyanın nəticələrindən narazıdır və nəzarət orqanının rəhbərindən vətəndaşların bu cür reaksiyasının səbəblərini izah etməyi xahiş edir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR