İnsanlara hürriyət, millətlərə istiqlal!

AMİP-in təşəbbüsü ilə Brüsseldə mühüm bəyanat qəbul olundu – Ermənistan Konstitusiyasına dəyişiklik çağırışı

Mayın 15-də Brüsseldə keçirilən Beynəlxalq Demokrat İttifaqının (BDİ) forumunda “Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə olunmasına dair” xüsusi Bəyanat qəbul edilib. Sənəd Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) təşəbbüsü ilə hazırlanıb və qəbul edilib.

Musavat.com xəbər verir ki, bəyanatda Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəa sülh prosesinə əsas maneə kimi qeyd olunub. BDİ sənəddə bu müddəanın aradan qaldırılması üçün Ermənistanın referendum yolu ilə Konstitusiyada dəyişiklik etməsinin vacibliyinə diqqət çəkib və rəsmi İrəvana çağırış ünvanlayıb.

Xatırladaq ki, AMİP nüfuzlu beynəlxalq sağ mərkəzçi qüvvələri birləşdirən BDİ-nin üzvüdür. Bu təşkilat özündə ABŞ-ın Respublikaçılar Partiyası, Böyük Britaniyanın Mühafizəkarlar Partiyası, Almaniyanın Xristian Demokrat və Xristian Sosial İttifaqları, İspaniyanın Xalq Partiyası, İsveçin Moderat Partiyası, İsrailin Likud Partiyası, Avstraliyanın Liberal Partiyası, Mərakeşin İstiqlal Partiyası, Avropa Parlamentinin ən böyük siyasi qrupu olan Avropa Xalq Partiyası da daxil olmaqla dünyanın 80-dən çox ölkəsinin 100-dən artıq siyasi partiyasını birləşdirir.

Brüssel forumunda AMİP sədri Arzuxan Əlizadə, partiya sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev və AMİP Qadınlar Təşkilatının sədr müavini İlhamə Əliyeva iştirak ediblər.

Qəbul olunmuş bəyanatın tam mətni ilə Beynəlxalq Demokrat İttifaqının rəsmi internet səhifəsində tanış olmaq mümkündür.


Mətnin Azərbaycan dilində versiyası aşağıdakı kimidir:

Sovetlər İttifaqı dağılandan sonra Rusiyanın keçmiş ittifaq respublikalarında - Ukrayna, Azərbaycan, Gürcüstan, Moldova ərazisində yaratdığı və çoxlu sayda insanların ölümünə səbəb olan qanlı konfliktərindən biri kimi Azərbaycan və Ermənistan arasında münaqişənin sülh yolu ilə birdəflik həlli üçün böyük şanslar yaranmışdır.
2020-ci il 44 günlük müharibədən sonra Azərbaycan təklifi ilə sülh müqaviləsinin imzalanması istiqamətində aparılan danışıqlar nəhayət ki, yekunlaşıb və indiyədək razılaşdırıla bilməyən müddəlarla bağlı da ümumi razılıq əldə olunub.
Bildiririk ki, reqionda sühə, sabitliyə və iqtisadi inkişafa nail olmaq, qonşu xalqlar arasında düşmənçiliyə son qoymaq üçün yaranmış tarixi fürsətdən maksimum şəkildə istifadə etmək mütləqdir və vacibdir. Bunun üçün hazırda prosesin yekunlaşmasına mane olan cox mühüm səbəbin aradan qaldırılmasına ehtiyac var.
Sülh müqaviləsinin imzalanması üçün əsas şərtlərdən biri sözsüz ki, tərəflərin bir birinin ərazi bütövlüyünü tanıması və bir birilərinə qarşı ərazi iddialarından imtina etməsidir. Hər iki dövlət indiyə qədər bu istiqamətdə müvafiq bəyanatlarla çıxış edərək sülh müqaviləsi imzalamağa hazır olduqlarını bildiriblər.
Lakin Ermənistan Respublikasının 1991-ci ildə qəbul olunmuş Konstitusiyasının priambula hissəsində Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirən ifadələrin olması, Konstitusiyanın isə imzalanan istənilən hüquqi sənəddən üstün olması sülh sazişinin imzalanmasında əngələ çevrilib. Çünki ölkələrdən birinin Konstitusiyasında digərinə qarşı ərazi iddialarının qalması imzalanacaq sülh müqaviləsini hüquqi çəkisi olmayan adi bir sənədə çevirir, bu da real sülhün əldə olunmasını mümkünsüz edir. O səbəbdən də referendum vasitəsilə həmin ifadələrin Ermənistan konstitusiyasından çıxarılmasının vacibliyi yaranıb. Ermənistan baş naziri də həmin bəndin konstitusiyadan çıxarılmalı olduğunu dəfələrlə bəyan edib, lakin təəssüf ki, bu günə kimi referendumun keçirilməsi ilə bağlı hər hansı addımlar atılmayıb.
Deyilənləri nəzərə alaraq İDU aşağıdakıları bildirir:

- Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üşün Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması reqion üçün mühüm və vacib hadisə olacaqdır.
- Bu müqavilən imzalanması və sülhün əldə edilməsi Rusiyanın yaratdığı diğər konfliktli problemlərin həlli üçün də stimul ola bilər.
- Bu müqavilənin imzalanmasına mane olan bütün səbəblərin aradan qaldırılması üçün təxirəsalınmadan müvafiq addımların atılmasına, bu istiqamətdə bütün vasitələrdən istifadə edilməsinə çağırırıq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

28 May 2025

BÜTÜN XƏBƏRLƏR