İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikasayağı şantaj - Mərhum Maykl Cekson yenidən mühakimə olunacaq

ABŞ-ın apelyasiya məhkəməsi pop-idol Maykl Ceksonu zorakılıqda ittiham edən Ueyd Robson və Ceyms Seyfçaka müğənninin şirkətlərinə qarşı iddia qaldırmağa icazə verib.

Musavat.com xəbər verir ki, bu barədə Britaniyanın “Sky News” telekanalı məlumat yayıb.

“İşçilərindən biri tərəfindən uşaqlara qarşı cinsi zorakılığa şərait yaradan korporasiya, sadəcə olaraq cinayəti törədən şəxsə məxsus olduğu üçün həmin uşaqları qorumaq məsuliyyətindən azad edilmir”, - apellyasiya məhkəməsi kollegiyası bildirib.

Bu o deməkdir ki, Robson və Seyfçak əvvəllər Maykl Ceksona məxsus olan MJJ Ventures Inc və MJJ Productions Inc-dən dəymiş ziyana görə Ceksonu məhkəməyə verə bilər.

Ceksonların vəkili Conatan Steynsapir ailənin hakimlərin qərarından məyus olduğunu və ötən əsrin gənclik kumirinin tam günahsızlığına arxayın olduqlarını söyləyib.

Uşaq vaxtı Ceksonun videolarına dəfələrlə çəkilən 40 yaşlı Robson müğənninin onu 7 il boyunca təqib etdiyini iddia edir. 45 yaşlı Seyfçak deyir ki, Cekson uzun müddət onu təngə gətirib və ona çoxlu hədiyyələr aldıqda sonra onu zorlayıb.

Sırf pul qopartmaq üçün varlı və məşhur adamlara qarşı seksual sataşma ilə bağlı məhkəmə iddiası irəli sürülməsi artıq ABŞ-da adət-ənənə halını alıb. Artıq mərhumlara da keçiblər...

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR