Onlayn ictimai-siyasi qəzet
"Amerikalılar milyarder İlon Mask və prezident Donald Trampa federal hökumətin xərclərini azaltmaq üçün gördüyü işlərə görə minnətdar olmalıdır".
Musavat.com xəbər verir ki, bu sözlər "Fox News"un aparıcısı və Respublikaçılar Partiyasının Milli Komitəsinin keçmiş həmsədri Lara Tramp tərəfindən səslənib.
Onun sözlərinə görə, Maskın islahatlarından narazı olan demokratlar onu nasist adlandırır və biznesini təqib edirlər.
"Bu adam etdiklərinə görə pul itirir, lakin o, vəzifəsinin əhəmiyyətini anlayır. Biz xərcləri indiki kimi sonsuz şəkildə davam etdirə bilmərik. Biz ölkə kimi sağ qala bilmərik. Buna görə də insanlar İlon Mask və Donald Trampın ayaqlarını öpməli, onların gördüyü işləri yüksək qiymətləndirməlidirlər", - deyə Lara Tramp bildirib.
O, ABŞ prezidenti Donald Trampın oğlu Erik Trampın həyat yoldaşıdır.
Musavat.com
12 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ