İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikalılar nə Baydeni, nə də Trampı istəyirlər - Yeni sorğu

ABŞ vətəndaşları 2024-cü ildə keçiriləcək prezident seçkilərində əvvəlki rəqiblərin namizəd olmasını istəmirlər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə NBC News kanalının keçirdiyi sorğuda deyilir. 80 yaşlı Baydenin namizəd olmasını istəməyənlərin yarısı prezidentin yaşının "əsas" səbəb olduğunu bildirir.

Hazırkı mərhələdə bu 2020-ci il seçkilərinin davamına çevrilməsi olardı" deyə Hart Research təşkilatından demokrat Ceff Horvitt bildirib.

“Onların hər ikisi təqaüdə çıxmalıdır”, - deyə sorğuda iştirak edən Vaşinqton ştatından sakin söyləyib. Bu tələb xüsusilə Baydenlə bağlı daha çox səslənir.

Trampa gəlincə, amerikalıların 60%-i, o cümlədən respublikaçıların üçdə biri, keçmiş prezidentin 2024-cü ildə namizədliyini irəli sürməməli olduğunu düşünür.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR