Onlayn ictimai-siyasi qəzet
İran altı nüvə bombası hazırlamaq üçün kifayət qədər yüksək dərəcədə zənginləşdirilmiş urana malikdir.
Musavat.com xəbər verir ki, bu barədə "Fox News" telekanalına müsahibəsində ABŞ-ın respublikaçı senatoru Lindsi Qrem bildirib.
“Onlar bu uranı istifadə edəcəklər. İran altı nüvə bombası hazırlamağa çox yaxındır. Onlar əvvəlcə İsraili məhv edəcəklər, sonra isə bizə gələcəklər”, – deyə senator qeyd edib.
Siyasətçi bu məlumatın haradan əldə edildiyi və ya hansı sübutlara əsaslandığı barədə heç bir açıqlama verməyib.
Bununla belə, martın 7-də ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, general Maykl Kurilla bəyan edib ki, Tehran hələlik nüvə silahı hazırlamaq barədə qərar qəbul etməyib. Yanvar ayının ortalarında isə İran prezidenti Məsud Pezeşkian "NBC News" telekanalına müsahibəsində bildirib ki, Tehran nüvə silahı əldə etmək niyyətində deyil.
Martın 7-də ABŞ prezidenti Donald Tramp İranın ali lideri, ayətullah Əli Xameneiyə nüvə proqramı ilə bağlı danışıqlar aparmaq təklifini ehtiva edən məktub göndərdiyini açıqlayıb. Bazar ertəsi isə məlum olub ki, tərəflər 12 aprel tarixində Oman Sultanlığında danışıqların ilk raundunu keçirməyə razılaşıblar.
Musavat.com
17 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ