İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikalı müğənninin cəsədi vannada tapıldı - FOTOLAR

Uşaq ulduzu kimi məşhurlaşan amerikalı müğənni Aaron Karterin cansız bədəni evə gələn təmizlikçi tərəfindən su ilə dolu vannada aşkarlanıb.

Musavat.com xəbər verir ki, 34 yaşlı müğənni Aaron Karterin ölümü ilə pərəstişkarlarını yasa boğub.

“Backstreet Boys” qrupunun üzvü Nik Karterin qardaşı, 34 yaşlı Aaron Karter Kaliforniyadakı evinin vanna otağında ölü tapılıb. Hadisə yerinə çoxlu polis qrupu göndərilərkən, Los Anceles Şerif Departamenti Karterin öldüyünü təsdiqləyib.

Karterin nişanlısı Melanie Martin jurnalistlərə açıqlamasında "Nişanlım Aaron Karter vəfat etdi. Mən Harunu bütün qəlbimlə sevirəm. Çox sevdiyimiz birinin itkisi ilə üzləşdiyimiz belə bir gündə ailəmizin şəxsi həyatına hörmət edin. Hələ də bu acınacaqlı həqiqəti qəbul edə bilmirik. Fikirləriniz,dualarınız bizim üçün çox dəyərlidir”, -deyə bildirib.

9 yaşında ikən 1997-ci ildə çıxardığı ilk albomu ilə musiqi karyerasına başlayan Aaron Karterin uzun illərdir narkotik problemi ilə mübarizə apardığı öyrənilib. Gənc müğənninin faciəli ölümü pərəstişkarlarını heyrətə salıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR