İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikalı müğənninin 4 konserti Britaniya iqtisadiyyatına 1 milyard gəlir gətirəcək

Amerikalı müğənni Taylor Sviftin “The Eras Tour” çərçivəsində Böyük Britaniyadakı çıxışları Britaniya iqtisadiyyatına təxminən 1 milyard funt-sterlinq (demək olar ki, 1,3 milyard dollar) gəlir gətirəcək.

Musavat.com xəbər verir ki, bu proqnoz Böyük Britaniyanın və dünyanın ən böyük maliyyə institutlarından biri olan Barclays-ın ekspertləri tərəfindən verilib.

Ekspertlər bildirirlər ki, bu yay London, Liverpul, Edinburq və Kardiffdəki stadionlarda əcnəbi ulduzun 15 çıxışını ən azı 1,2 milyon insan izləyəcək. Onların hər biri orta hesabla 848 funt sterlinq (1 min dollardan çox) xərcləyəcək. Bu məbləğə bilet, yaşayış, səyahət, konsert üçün geyim, yemək, suvenirlərin alınması xərcləri daxildir.

Barclays-ın sözçüsü Tom Korbetin sözlərinə görə, Eras Turu "bütün ölkənin diqqətini cəlb edəcək və iqtisadiyyatına nəzərəçarpacaq təkan verəcək". Pərakəndə satış və qonaqpərvərlik də daxil olmaqla müxtəlif sənaye sahələri buna hazırdır.

Sviftin turnesi 2023-cü ilin martında Latın Amerikası və ABŞ-dan başlayıb. 12 qat Grammy mükafatı laureatı 2024-cü ilin mayında Avropaya yola düşəcək və Böyük Britaniya, Almaniya, Fransa və Hollandiyada çıxış edəcək. Müğənni “Lover”, “Folklor”, “Evermore” və “Midnights” adlı son albomlarından 40-dan çox mahnı ifa edir.

Amerikalı müğənninin sərvəti “The Eras Tour”un uğuru sayəsində 1,1 milyard dolları ötüb. Bloomberg hesab edir ki, müğənninin ABŞ-da verdiyi 53 konsert ötən il ölkənin ÜDM-inə 4,3 milyard dollar əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR