İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikalı keşişin etdiyi hər kəsi ŞOKA SALDI: Kilsəyə ianə edilən 900 min dolları oğurladı və ...

ABŞ-ın Luiziana ştatında tanınmış baptist keşiş 30 ildən artıqdır ki, kilsə, ,icma və məktəb üçün nəzərdə tutulan pulu mənimsədiyini etiraf edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə "NBC News" kanalı məlumat yayıb.

Çarlz Sautholl adlı xristian rahib təxminən 900 min dollar oğurlamağı bacarıbmış.

Məlum olub ki, 2019-cu ildə Sautholl“kilsənin ehtiyacları üçün” bir ziyarətçidən 10 min dollar alıb və onu şəxsi hesabına köçürüb. Bundan əlavə, kilsə binasının təmiri üçün dörd il ərzində toplanılan 106 min 408 dollar da onun tərəfindən mənimsənilib.

Kilsə icması bir məktəb açmağı da planlaşdırırmış, bunun üçün Çarl Sautholla qrantlar və kreditlər ayrılıb. Ancaq heç bir təhsil müəssisəsi açılmayıb. Müstəntiqlər müəyyən ediblər ki, 2013-cü ildən 2017-ci ilə kimi həmin şəxsin bank hesabına 221.000 ABŞ dolları köçürülüb və bu məbləğ məktəbin tikintisi üçün nəzərdə tutulubmuş.

Pastor Çarlz Sautholl kilsənin balansında olan daşınmaz əmlakın icarəsindən əldə olunn 150 min dolları da ələ keçirib. Üstəlik məlum olub ki, kilsənin 500 min dollara yaxın əmlakının bir hissəsi satılıb və bu pul da keşişdən tapılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR