İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikada şəhər meri balıq ovuna çıxdı, milyon dollar dəyərində kokain “tutdu” - FOTO

Amerikanın Tampa şəhərinin meri Ceyn Kastor balıq ovu zamanı 30 kiloqram kokain “tutub”.

Bu barədə yerli “Tampa Bay Times” qəzeti məlumat verib.

Atlantik okeanında “üzən” bir bağlama Florida-Kis arxipelaqında balıq ovunun dadını çıxaran Ceyn Kastor ailəsinin diqqətini çəkib. Tampa meri mikrodalğalı soba böyüklüyündə qəribə tapıntıya rastlayıb ki, onun da içərisində narkotik olduğu məlum olub.

Otuz ildən çox Tampa Polis İdarəsində, o cümlədən narkotiklərlə mübarizə şöbəsində çalışan Ceyn Kastor “ov”un nə olduğunu dərhal anlayıb və onu yerli polisə təhvil verib.

Daha sonra ABŞ Sərhəd Xidməti kokain paketinin 1,1 milyon dollar dəyərində olduğunu müəyyən edib.

Tampa merinin ailəsi insidentdən sonra istirahətə davam edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR