Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin Xəzinədarlıq Departamentinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İranda kiçik neft emalı zavoduna və onun icraçı direktoruna, husilər kimi tanınan "Ənsarullah"a və İranın Müdafiə Nazirliyinə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinə bağlı gəmilər də daxil olmaqla, yüz milyonlarla dollar dəyərində İran xammalının alınması və emalına görə sanksiya tətbiq edib.
Musavat.com xəbər veri ki, OFAC həmçinin "Loking Petrochemical" kimi kiçik neft emalı zavodlarını təchiz edən İranın “kölgə donanması”nın bir hissəsi olan milyonlarla barel İran neftinin daşınmasına cavabdeh olan 19 şirkət və gəmiyə də sanksiya tətbiq edir.
ABŞ-nin açıqlamasına görə, bu siyahıya daxil olan gəmilər müxtəlif ölkələrin, o cümlədən Panama, Komor və Barbados bayraqları altında hərəkət edirlər.
Musavat.com
21 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ