İnsanlara hürriyət, millətlərə istiqlal!

AMB illik inflyasiya ilə bağlı 3 illik proqnozunu AÇIQLADI

Azərbaycan Mərkəzi Bankı (AMB) bu il ölkədə illik inflyasiyanın 4,3 %, gələn il 5,3 %, 2025-ci ildə isə 3,4 % olacağını proqnozlaşdırır.

Musavat.com bu barədə AMB-yə istinadən xəbər verir.

"Cari ildə ardıcıl olaraq bir neçə proqnoz yenilənməsində 2024-cü il və 2025-ci ilə inflyasiya proqnozları hədəf diapazonunda olub", - deyə AMB bəyan edib.

"Ümumilikdə, inflyasiya mühitində azaldıcı amillərin güclənməsi, inflyasiya gözləntilərinin sabitləşməsi bu ilin sonuna və gələn ilə illik inflyasiyanın hədəf daxilində formalaşmasını proqnozlaşdırmağa əsas verir. Oktyabr proqnozlarına görə inflyasiyanın ortamüddətli dövrdə hədəf diapazonunda olacağı gözlənilir. AMB-nin pul siyasəti ilə bağlı növbəti qərarları proqnozlaşdırılan inflyasiyanın hədəflə müqayisəsi və yenilənmiş makroiqtisadi proqnozlar nəzərə alınmaqla veriləcək. Yuxarı qeyd olunan xarici və daxili mühitlə bağlı risklərin reallaşmadığı və manatın möhkəmlənməsi təzyiqləri səngimədiyi halda pul siyasətinin mərhələlərlə yumşaldılması imkanlarına baxılacaq", - deyə açıqlamada qeyd olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR