Onlayn ictimai-siyasi qəzet
“Məhəmməd Poluxovla əlaqə saxlaya bilmirəm. Köməkçisi Gülsüm xanım məni yanına buraxmır. Həkimlə nə telefon əlaqəsi saxlaya, nə də qəbuluna düşə bilirəm. Köməkçi deyir ki, haraya istəyirsənsə, get şikayət et”.
Bunu Musavat.com-a açıqlamasında üzgərmə əməliyyatından narazı qalan müğənni Mənzurə Musayeva deyib.
Sənətçi bildirib ki, əməliyyatı edən həkim Məhəmməd Poluxov onunla görüşdən qaçır:
“Köməkçisi deyir ki, biz beləyik, hara istəyirsən get şikayət et. Bizim işimiz uğurludur. Biz sənə pul qaytarmayacağıq. Əməliyyat olunduğum “Funda Hospital”ın direktoru ilə görüşəcəyəm. Ümidim onadır. Bəlkə direktor kömək etdi.
Sonuncu dəfə həkimlə əməliyyatdan 6 ay sonra görüşdüm. Dedim, həkim, mənim buxağım yox idi. Əməliyyatdan sonra buxağım çıxıb, gözümün altı torbalanıb, üzümün bir tərəfi dartınıb, digər tərəfi yox. Alnımın bir tərəfi sallanır, deyir, get botoks etdir. Botoks etdirəcəkdimsə, daha üzgərmə niyə etdirirdim ki.
Dedi, istəyirsənsə, gəl, yenidən əməliyyat edim. Dəliyəm? Eşşək palçığa bir dəfə batar. Mən ikinci dəfə ona əməliyyat etdirmərəm axı.
O söhbətdən sonra isə qəbuluna düşə bilmirəm ki, pulumu geri alım. 6 minə yaxın pul vermişəm. Məhkəməyə müraciət edəcəyəm, başqa çarə yoxdur. Mən pulumu geri istəyirəm”.
Şahanə Rəhimli
Musavat.com
17 May 2025
16 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ