Onlayn ictimai-siyasi qəzet
Almatı əczaçılıq fabrikinin bazasında beynəlxalq “Roche” və “Nobel” şirkətləri ilə birlikdə süd vəzi xərçənginə qarşı dərmanların istehsalı layihəsinə start verilib.
Musavat.com yerli mediaya istinadla xəbər verir ki, kritik onkoloji dərmanların istehsalının lokallaşdırılması xəstələrin innovativ müalicə üsullarına çıxışını yaxşılaşdırır və gözlənilən ömür müddətini artıra bilər.
Bildirilir ki, ölkə prezidenti əczaçıların qarşısında dərman və tibbi məhsulların yerli istehsalının payının əczaçılıq bazarında 50 faizə çatdırılması vəzifəsini qoyub. 2029-cu ilə qədər bu sahə üzrə milli inkişaf planına qlobal əczaçılıq şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi, idxaldan asılılığın azaldılması üçün investisiya və texnologiyanın cəlb edilməsi və dərman vasitələrinin daha münasib olması üzrə tədbirlər daxildir.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ