İnsanlara hürriyət, millətlərə istiqlal!

Almatı vilayətində 7 nəfər itkin düşüb - dronla axtarılırlar

Qazaxıstanın Almatı vilayətində 7 nəfər itkin düşüb. 

Musavat.com Qazaxıstan mediasına istinadla xəbər verir ki, itkin düşənlərin hamısı bir ailənin üzvləridir: 4 kişi, 2 qadın və 1 uşaq.

Almatı vilayətinin Fövqəladə Hallar Departamentinin məlumatına görə, hadisənin yanvarın 3-də səhər saat 8-də növbətçi hissənin idarəetmə pultuna Enbekşikazax rayonunun Şelik kəndindən 80 kilometr aralıda, Bortoqay su anbarında dağlıq ərazidə baş verdiyi barədə məlumat daxil olub. 2023-cü il yanvarın 2-də Almatıdan Ası yaylası istiqamətində iki avtomobillə yola çıxan və evə qayıtmayan yeddi nəfərlik bir ailə itkin düşüb.

İtkin düşənlərin axtarışı Fövqəladə Hallar Departamentinin, Respublika Operativ Xilasetmə Dəstəsinin, yerli icra hakimiyyəti orqanlarının və rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilir. Axtarışlara dron cəlb olunub.

Xatırladaq ki, Qazaxıstanın bir sıra rayonlarında hava şəraitinin xeyli pisləşməsi müşahidə olunur, respublika marşrutlarının bir hissəsi bağlanıb, xilasedicilər insanları qar əsirliyindən xilas edir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR