İnsanlara hürriyət, millətlərə istiqlal!

Almanların 65%-dən çoxu Merzin antimiqrasiya planlarını dəstəkləyir

Almaniya sakinlərinin 65%-dən çoxu Xristian Demokratik və Xristian Sosial Birlikləri (CDU/CSU) blokundan Almaniya kansleri vəzifəsinə namizəd Fridrix Merzin immiqrasiya qanunvericiliyinin sərtləşdirilməsi təkliflərini dəstəkləyir.

Musavat.com xəbər verir ki, bu barədə “Bild” qəzeti INSA sosioloji institutunun keçirdiyi sorğunun məlumatlarına istinadən yazıb.

Merz daha əvvəl deyib ki, kansler seçilərsə, vəzifəsinin ilk günündə Daxili İşlər Nazirliyinə Almaniyanın bütün qonşu ölkələrlə sərhədlərində uzunmüddətli nəzarətin yaradılması və qeyri-qanuni miqrantların “girişinə virtual qadağa” tətbiq edilməsi barədə göstəriş verəcək.

Partiya liderinin bu planlarını, Bild-in qeyd etdiyi kimi, respondentlərin 66%-i dəstəkləyib. Bundan əlavə, XDİ liderinin təklifləri kansler Olaf Şoltsun Almaniya Sosial Demokrat Partiyasının (SPD) seçiciləri arasında da populyardır. Onları SDP tərəfdarlarının 56%-i dəstəkləyir. SDP seçicilərinin yalnız 30%-i Merzin planlarına qarşı çıxıb.

Eyni zamanda, Yaşıllar Partiyası tərəfdarlarının, demək olar ki, üçdə biri (30%) CDU/CSU ittifaqının kanslerliyə namizədinin təkliflərini dəstəkləyir. “Yaşıl seçicilər”in 52%-i bunun əleyhinə olub. “Yaşıllar” və “Sol partiya” istisna olmaqla, bütün partiyaların seçicilərinin əksəriyyəti Merzin təşəbbüsünü dəstəkləyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR