Onlayn ictimai-siyasi qəzet
Almaniyanın xarici işlər naziri Annalena Berbok, Ukraynada sülhməramlı missiya yerləşdirilməsi ilə bağlı müzakirələrin vaxtsız olduğunu bildirib.
Musavat.com xəbər verir ki, o, ZDF kanalına açıqlamasında heç bir alman əsgərinin müharibə bölgəsinə göndərilməyəcəyini vurğulayıb:
“Heç bir əsgər bu qaynar müharibəyə göndərilməyəcək.”
Berbok həmçinin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ və Rusiya arasında aparılan danışıqlara da münasibət bildirib. Onun sözlərinə görə, Avropa bu prosesdən kənarda qala bilməz və öz maraqlarını qorumalıdır.
Jurnalistin Ukrayna və Avropanın iştirakı olmadan aparılan danışıqlara Almaniyanın razı olub-olmayacağı ilə bağlı sualına Berbok mənfi cavab verib:
“Avropa özünəinamlı olmalı və maraqlarını müdafiə etməlidir.”
Bu açıqlama Almaniyanın müharibə və diplomatik proseslərdə Avropanın roluna xüsusi önəm verdiyini göstərir.
Musavat.com
21 Fevral 2025
20 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ