İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyadan Rusiyaya GÖZDAĞI: 4 min əsgər GÖNDƏRİR

Almaniya Litvaya 4 min hərbçidən ibarət briqada göndərməyi planlaşdırır.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.

O qeyd edib ki, Almaniya ilk dəfə olaraq bütöv bir hərbi heyət briqadasını xaricə göndərəcək.

Nazirin sözlərinə görə, strukturun yaradılması 2024-cü ilin sonunda planlaşdırılır:

"Noyabrın sonu və ya dekabrın əvvəlində bizim yol xəritəmiz olacaq, bundan sonra necə irəliləyəcəyimizi daha dəqiq biləcəyik".

Məlumata görə, briqada yaratmaqda məqsəd Litvaya könüllülərin cəlb edilməsidir. Almaniya Müdafiə Nazirliyinin rəhbəri əlavə edib ki, bu mövzunu müzakirə etmək hələ tezdir. 

Pistorius onu da bildirib ki, Almaniya hökuməti Estoniyada sursat istehsalına başlamaq barədə də düşünür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR