İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyadan cəsarətli addım: Ukraynaya uzaqmənzilli raketlər çatdıracaq

Almaniya uzaqmənzilli silah sistemlərini bir neçə həftə ərzində Ukrayna Silahlı Qüvvələrinin sərəncamına verəcək.

Musavat.com xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, Almaniya həmçinin Kiyevlə Almaniyanın müdafiə sənayesi arasında bağlanmış müqavilə əsasında Ukraynada silah istehsalına birbaşa investisiyalar yatıracaq.

Bundan əlavə, Müdafiə Nazirliyinin qeyd etdiyinə görə, artilleriya üçün artıq vəd edilmiş sursat ehtiyatlarına əlavə olaraq, Almaniya Ukraynaya müxtəlif silah sistemləri, o cümlədən hava hücumundan müdafiə üçün əlavə sursat dəstləri ötürmək niyyətindədir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 May 2025

BÜTÜN XƏBƏRLƏR