İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada Rusiyanın təbliğatına inananların sayı artır-Ukrayna üçün təşvişdoğurucu nəticələr  


Almaniyada son aylarda Rusiya Federasiyasının xeyrinə aparılan təbliğata və sui-qəsd nəzəriyyələrinə inananların sayı artmaqdadır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı məlumat yayıb.
Jurnal Almaniyada fəaliyyət göstərən Monitorinq, Təhlil və Strategiya Mərkəzinin (Cemas) keçirdiyi sorğunun nəticələrini dərc edib.

Sorğuda iştirak edənlərin 40%-i Rusiyanın Ukraynaya qarşı apardığı təcavüzkar müharibəsinin “NATO-nun təxribatına reaksiya” olduğu iddiaları ilə tam və ya qismən razılaşıb. Bu, aprel ayı ilə müqayisədə 11% çoxdur.

Respondentlərin 44%-i Putinin "qlobal elita" ilə mübarizə apardığını bildirib. Bu rəqəm aprel ayında ifadə olunandan 12% çoxdur.

İştirakçıların 14%-i Ukraynanın “tarixən heç bir ərazinin olmaması” və əslində, “Rusiyanın bir hissəsi olması” tezisi ilə razılaşıb. Rusiyanın savaşı Ukraynada hakimiyyətdə olan nasistləri məhv etmək üçün apardığına inananların sayı demək olar ki, iki dəfə artıb - 9%-ə qədər.

Qeyd etmək lazımdır ki, bu artım göstəriciləri əsasən Şərqi Almaniyadan olan respondentlər arasında daha çox müşahidə olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR