İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada miqrantlarla bağlı VACİB QƏRAR - Bundestaq sərt qanunu RƏDD ETDİ

Almaniya Bundestaqı miqrasiya siyasətinin sərtləşdirilməsinə dair qanun layihəsini rədd edib.

Musavat.com xəbər verir ki, Bundestaqda səsverməyə çıxarılan Xristian Demokratlar və Xristian Sosial İttifaqı (XDS/XSS) tərəfindən irəli sürülən təşəbbüs Almaniya federal polisinə ölkəni tərk etməsi tələb olunan əcnəbiləri deportasiya etmək səlahiyyəti verirdi.

Bundan əlavə, subsidiar müdafiə statusuna malik şəxslərlə ailə birləşməsi mexanizminin ləğvi də planlaşdırılırdı.

Səsvermə nəticələrinə görə, 338 deputat qanun layihəsinin lehinə, 350-si əleyhinə səs verib, 5 deputat isə bitərəf qalıb.

Yanvarın 29-da Bundestaq ilkin olaraq mühafizəkarlar tərəfindən təklif edilən və 5 bənddən ibarət olan sənədi təsdiqləmişdi.

Bu sənəd daimi sərhəd nəzarətinin tətbiqini, sığınacaq axtaran şəxslərə sərhəddəcə imtina verilməsini və Almaniyanı tərk etməli olan əcnəbilərin saxlanmasını nəzərdə tuturdu.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Fevral 2025

31 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR