İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada məcburi hərbi xidmət bərpa olunur

Almaniyanın müdafiə naziri Boris Pistorius hərbi xidmətə yararlı olanların 13 il əvvəl ləğv edilmiş hərbi qeydiyyatını bərpa etməyi planlaşdırır.

Musavat.com DPA agentliyinə istinadla xəbər verir ki, bundan əlavə, Müdafiə Nazirliyinin rəhbəri gəncləri xidmətə hazır olmaları və qabiliyyətləri barədə anket doldurmağa, həmçinin tibbi müayinədən keçməyə məcbur etmək istəyir.

Eyni zamanda, çağırışçıların tibbi müayinədən keçirilməsi üçün əlavə imkanların yaradılması nəzərdə tutulur. Agentlik qeyd edir ki, Pistoriusun təklifi məcburi hərbi xidmətin mümkün qaytarılması istiqamətində ilk addımdır.

Bildirilir ki, Pistorius ilk növbədə 2025-ci ilin payızında baş tutacaq Bundestaq seçkilərinə qədər həyata keçirilə biləcək addımlar atmaq istəyir.

Qeyd edək ki, artıq bir neçə aydır Almaniyada bu barədə söhbətlər gedir və müxtəlif siyasi qüvvələr ölkənin müdafiə qabiliyyətinin taraz saxlanılması üçün məcburi hərbi xidmətin bərpasını məqsədəuyğun sayırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR