İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada İrandakı etirazlara dəstək nümayişinə 10 minlərlə insan qatılıb

Almaniyanın paytaxtı Berlində İrandakı etirazlara dəstək nümayişinə 80 minə yaxın insan qatılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Almaniya paytaxtının polisi yayıb.

Minlərlə iranlı Avropanın digər şəhərlərindən Berlindəki nümayışdə iştirak etmək üçün Almaniyaya axışıb.

Nümayişdə hər hansı insident qeydə alınmayıb.

Qeyd edək ki, İranın Kürdüstan ostanından yaxınlarını ziyarət etmək üçün paytaxt Tehrana gələn Məhsa Əmini adlı gənc qadın “hicaba düzgün əməl etmədiyinə görə” əxlaq polisi tərəfindən saxlanılıb, döyülərək vəhşicəsinə öldürülüb. Bu səbəbdən ölkədə etirazlar səngimir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR