Onlayn ictimai-siyasi qəzet
Almaniyada iki rus casusu tutulub.
Musavat.com xəbər verir ki, bu barədə məlumat xarici mediada yayılıb.
Yayılan məlumata görə Almaniya Xarici İşlər Nazirliyi Rusiyanın Berlindəki səfiri Sergey Neçayevi Bavariyada iki Rusiya vətəndaşının casusluq və təxribat hazırlamaqda şübhəli bilinərək həbs edilməsi ilə bağlı nazirliyə çağırıb.
Bundan əvvəl Almaniya Baş Prokurorluğu Rusiyanın xeyrinə gizli kəşfiyyat fəaliyyəti aparmaqda şübhəli bilinən iki nəfərin saxlanması barədə məlumat yayıb.
Şübhəlilər məxfi xidmət agentləri olmaqla yanaşı, terror təşkilatına üzv olmaq, partlayıcı maddələr hazırlamaq, təxribat məqsədilə casusluq fəaliyyətləri, hərbi obyektlərin təhlükəsizliyini təhdid edən fəaliyyətlər kimi müxtəlif hərəkətlərdə ittiham olunurlar.
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ