İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada HƏYƏCAN TƏBİLİ: Fəlakət qaçılmazdır, buna görə də...

Almaniyanın Frankfurt şəhərinin hakimiyyət orqanları ölümcül Çin dərmanı olan fentanilin yayılması ilə bağlı həyəcan təbili çalır.

Musavat.com xəbər verir ki, bu barədə “Bild”in rus versiyası məlumat yayıb.

Məlumatda bildirilir ki, şəhəri opioid epidemiyası təhlükəsi gözləyir.

Hakimiyyət orqanları apardıqları yoxlamalar nəticəsində müəyyən ediblər ki, şəhərdəki narkotik asılılığı olan şəxslərin 50%-dən çoxu artıq bu ölümcül maddəni istifadə edir.

Ümumilikdə 37 narkotik nümunəsi müsadirə olunub və onların 21-də fentanil aşkar edilib.

Frankfurt hazırda bəzi ABŞ şəhərlərində müşahidə olunan fentanil epidemiyasının astanasındadır.

Qeyd olunur ki, ABŞ-da hər yeddi dəqiqədə bir nəfər fentanil doz aşımından dünyasını dəyişir.

Məlumata görə, fentanil morfindən 100 dəfə güclü olan ölümcül opioiddir. Bu maddənin kiçik bir miqdarı insanı öldürmək üçün kifayətdir.

Fəlakətin qarşısını almaq üçün Frankfurt hakimiyyəti iyun ayında beynəlxalq konfrans keçirməyi planlaşdırır. Konfransda xarici mütəxəssislərlə birgə fentanil epidemiyasına qarşı mübarizə yolları müzakirə olunacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR