İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada festival iştirakçılarına bıçaqlı hücum olub, ölənlər və yaralılar var

Almaniyanın Solingen şəhərində (Şimali Reyn-Vestfaliya) naməlum şəxsin şəhər festivalının qonaqlarına bıçaqla hücumu nəticəsində azı 3 nəfər ölüb, daha bir neçə şəxs yaralanıb.

Bu barədə “Report” “Bild” qəzetinə istinadən xəbər verir.

Qeyd olunub ki, hadisə 21:45 (Bakı vaxtı ilə 23:45) radələrində baş verib. Hücum edən şəxs qaçmağa müvəffəq olub. Hazırda festivalın keçirildiyi ərazinin üzərində polis vertolyotu uçur və şübhəlinin axtarışı davam etdirilir.

Yerli “Solinger Tageblatt” qəzetinin məlumatına görə, təşkilatçılar həkimlərin 9 nəfərin həyatı üçün mübarizə apardıqlarını açıqlayıblar. Səlahiyyətlilər insanları şəhərin mərkəzinə getməməyə çağırıb.

Solingen cümə və həftəsonu şəhər hüquqlarının 650-ci ildönümünü qeyd edir. “Müxtəliflik festivalı” adlandırılan bayrama üç gün ərzində 80 min insanın qatılacağı gözlənilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR