İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada dəmir yol qatarlarında güzəştli gediş qaydaları bərpa olunacaq

Məlum olduğu kimi, keçən il aprel ayında Ukraynada müharibənin başlanması ilə əlaqədar Almaniya hökuməti yaxınlaşmaqda olan enerji böhranının nəzərə alaraq öz vətəndaşlarını ictimai nəqliyyatdan daha çox, şəxsi avtomobillərdən isə az hallarda istifadə etməyə təşviq etdi. Yay aylarında nəqliyyatın bütün növləri, o cümlədən uzaq məsafələrə gedən qatarlar üçün vahid biletlər tətbiq edildi. Bu biletlərin qiyməti, o vaxt AZƏRTAC-ın xəbər verdiyi kimi, ayda cəmi 9 avro idi.

Görünür, hökumət bu il də almanları sevindirməyi qərara alıb. “Döyçe Ban” dəmiryolu operatoru səyahətçilərin kiçik qrupları üçün yeni təklif edib: sürət qatarlarında gediş biletlərini gülünc qiymətə - cəmi 14.50 avroya almaq mümkün olacaq.

Bu praktika may ayından tətbiq ediləcək. İctimai nəqliyyat sərnişinləri, öz seçimlərindən asılı olaraq ayda 49 avro və ya bir gediş üçün 14.50 avro ödəməklə bütün ölkə boyu səyahət edə biləcəklər. Nəzəri baxımdan bu biletlə Frayburqdan Hamburqa qədər getmək olar. Lakin sözügedən təklif hələ uzaq məsafəli qatarlara şamil edilmədiyi üçün gediş-gəlişin xeyli vaxt tələb edəcəyini gözləmək olar. Amma bu müvəqqətidir. Gözlənildiyinə görə uzaq məsafəli qatarlar da tezliklə bu sxemə daxil ediləcək. Bu təklif 3 və daha çox adamdan ibarət qruplara aiddir. Ona görə, əgər almanlar öz dostları və ya ailəsi birgə səfərə çıxmağı planlaşdırırlarsa, gediş biletlərini daha ucuz ala biləcəklər. Qeyd edək ki, yaşı 14-dən aşağı olan uşaqlar üçün gediş haqqı ödənilmir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR