Onlayn ictimai-siyasi qəzet
Almaniyanın daxili işləri naziri Aleksandr Dobrindtin əvvəlcə göyərtəsində olduğu Almaniya Hərbi Hava Qüvvələrinə məxsus hökumət təyyarəsi bazar ertəsi axşamı Leypsiq şəhərində məcburi eniş edib.
Musavat.com xəbər verir ki, bu barədə DPA agentliyi Hərbi Hava Qüvvələrinin nümayəndəsinə istinadən məlumat yayıb.
Verilən məlumata görə, "Airbus A319" tipli təyyarə Berlindən Kölnə, öz bazasına doğru hərəkət edirmiş. Uçuşdan qısa müddət sonra pilotun kabinəsində xəbərdarlıq mesajı göründüyündən o, Leypsiqdə eniş etməyə qərar verib. Nazir başda olmaqla nümayəndə heyəti bu təyyarə ilə daha əvvəl Berlində olub.
Almaniya Hərbi Hava Qüvvələrinin nümayəndəsi bildirib ki, texniki mütəxəssislər təyyarəyə çərşənbə axşamı baxış keçirəcəklər. Bundan sonra hava gəmisinin təmirə ehtiyacı olub-olmadığı və yenidən istifadəyə yararlı olub-olmayacağına qərar veriləcək.
Musavat.com
23 Iyul 2025
22 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ