İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya səfirliyində Azərbaycan vətəndaşının pasportu necə itib? - 50 manat təklif edirlər

Viza almaq üçün səfirliyə müraciət edən vətəndaşın pasportu itib.

Musavat.com xəbər verir ki, bu problemlə üzləşən vətəndaş Pəri Abbaslıdır.

O bildirib ki, Almaniyanın Azərbaycandakı Səfirliyinə viza üçün müraciət edib. Amma günlər keçsə də cavab ala bilməyib. Buna görə də yenidən səfriliyə müraciət edib. Səfirlikdən bildirilib ki, pasport itib.

“Səfirlik vizanı pasportuma vurduqdan sonra itirib. Heç bir üzr istənilmədi, heç bir tələbimə cavab verilmədi. Tək təklif bu idi ki, yeni pasport alın gəlin, biz həmin vizanızı 24 saat ərzində vuracağıq”,- deyə Pəri Abbaslı qeyd edib.

Onun sözlərinə görə, səfirlik üzərinə heç bir məsuliyyət götürməyib:

“Məsuliyyətdən boyun qaçırmaq belə asandır? Pasportum 16 yanvardan bəri itib, lakin mən bunu yalnız özüm mail yazıb "sənədlərimdən xəbər varmı?" deyə soruşduqdan sonra öyrəndim.

1 fevral uçuşum olduğu üçün mənə pasport təcili şəkildə lazımdır.

ASAN Xidmətə əvvəlki pasportu təqdim etmədiyim üçün 10 manat cərimə, 210 manat isə 1 günə hazır edilməsi üçün pul ödədim. Almaniya Səfirliyi isə bildirir ki, onlar mənə yalnız pasport hazırlanması üçün ödənilən minimum məbləği ödəyəcəklər. Yəni 50 manat”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR