Onlayn ictimai-siyasi qəzet
Almaniyada formalaşmaqda olan yeni hökumət illik sığınacaq axtaranların sayını ciddi şəkildə məhdudlaşdırmaq niyyətindədir.
Musavat.com xəbər verir ki, Xristian Demokrat İttifaqının (XDS) lideri və ehtimal olunan gələcək kansler Fridrix Mers ARD telekanalına müsahibəsində bildirib ki, Almaniya ildə 100 min nəfərdən artıq sığınacaq müraciəti qəbul etməyəcək:
“Bizim məqsədimiz bu rəqəmləri ciddi şəkildə azaltmaqdır,” – deyə Mers vurğulayıb.
O əlavə edib ki, şəhərlər, bələdiyyələr, məktəblər, xəstəxanalar və ölkənin infrastrukturu artıq həddindən artıq yüklənib. Bu səbəbdən, yeni koalisiya hökumətinin razılaşmasına əsasən, repatriasiya (vətəndaşların geri qaytarılması) və ailələrin birləşdirilməsi proqramları müvəqqəti dayandırılacaq.
Bu qərar Almaniyanın miqrasiya siyasətində sərtləşməyə doğru getdiyini və Avropada yeni immiqrasiya dalğasına qarşı önləyici addımlar atıldığını göstərir.
Musavat.com
24 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ