İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya Omandan maye qaz idxal edəcək

Omanın qaz şirkəti olan “Oman LNG” Almaniyaya mayeləşdirilmiş təbii qaz (LNG) ixracına dair Securing Energy for Europe (SEFE) (SEFE) şirkəti ilə müqavilə imzalayıb. Musavat.com xəbər verir ki, bu barədə Oman Xəbər Agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, sənədin imzalanma mərasimi Berlində Sultanlığın energetika və təbii ehtiyatlar naziri Salem bin Nasser əl-Awfinin iştirakı ilə baş tutub.

Müqavilənin şərtlərinə görə, 2026-cı ildən etibarən “Oman LNG” hər il Almaniyaya 400 min ton LNG tədarük edəcək. Müqavilənin müddəti göstərilmir.

Qeyd edək ki, müqavilənin əsasını təşkil edən anlaşma memorandumu şirkətlər arasında 2023-cü ilin yayında imzalanmışdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR