İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya “Leopard 2A8” tankları istehsal etməyi planlaşdırır

Almaniya Müdafiə Nazirliyi “Leopard 2A8” tanklarının partiyasını sifariş etməyə hazırlaşır.

APA-nın “Army Recognition” nəşrinə istinadla məlumatına görə, tank istehsalçısı olan Almaniyanın “Krauss-Maffei Wegmann” şirkəti tezliklə 18 ədəd “Leopard 2A8” ədədi sifariş ala bilər. Tanklar İsrailin “Trophy” aktiv müdafiə sistemi ilə təchiz ediləcək. Bundan əvvəl Almaniya Müdafiə Nazirliyinin “Leopard 2A7+” modifikasiyasını alacağı barədə məlumat yayılmışdı.

“Leopard 2A8” tankı “Leopard 2A7HU” əsasında hazırlanıb və gələcəkdə “Leopard 2A6”nı əvəz edəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR