İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya Leninqradın mühasirəsinə görə özünü təqsirkar sayır

Almaniya Leninqradın mühasirəsi zamanı alman hərbçilərinin törətdiyi cinayətlərə görə tam məsuliyyəti öz üzərinə götürür.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Almaniya Federativ Respublikası II dünya müharibəsində törədilmiş hərbi cinayətlərin dəhşətlərinin xatirəsinin qorunmasının tərəfdarıdır və Almaniya Vermaxtının Leninqradda törətdiyi cinayətlərə görə tarixi məsuliyyətini dərk edir”, - bəyanatda deyilir.

Xarici İşlər Nazirliyi onu da bəyan edib ki, barışıq əlaməti olaraq hökumət mühasirədən sağ çıxan çox sayda insanın müalicə olunduğu Sankt-Peterburq xəstəxanasının modernləşdirilməsinə maliyyə dəstəyi göstərir.

Yanvarın 27-də Rusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Leninqrad mühasirəsinin tamamilə götürülməsinin 80 illiyi ilə əlaqədar ölkə vətəndaşlarına müraciət edərək bildirib ki, bu hadisələrin xatirəsini yad etmək Böyük Vətən Müharibəsi və sovet əsgərlərinin şücaətləri mühüm vəzifədir, çünki bu gün nasizm yenidən "baş qaldırır".

Bundan əvvəl Almaniyanın Moskvadakı səfiri Aleksander Lambsdorff deyib ki, Almaniya II dünya müharibəsində SSRİ-yə hücuma görə məsuliyyəti qeyd-şərtsiz tanıyır, Berlin tarixi yenidən yazmaq istəmir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR