İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya kanslerliyinə namizəd: Avropa Ukrayna münaqişəsini bitirmək gücündə deyil  

Almaniyanın “Almaniya üçün Alternativ” partiyasının liderlərindən biri, kanslerliyə namizəd Alisa Vaydel Avropanın Ukrayna münaqişəsini həll edə bilmədiyini bildirib və Rusiyayla ABŞ-ın bu problemi mümkün qədər tez həll edəcəyinə ümid etdiyini vurğulayıb.

“Tramp seçki kampaniyası zamanı sülhü dəstəkləyən yeganə namizəd idi. Şəxsən mən ümid edirəm ki, ABŞ və Rusiya bu dəhşətli müharibəyə mümkün qədər tez son qoya biləcək. Çünki Avropa artıq buna nail olmaq gücündə deyil”.

Musavat.com xəbər verir ki, Vaydel bunu Noy-İzenburqda keçirilən seçki tədbirində bildirib.

O, həmçinin Almaniyanı hazırkı hakimiyyətin “diletantların” idarə etdiyini deyərək, xarici işlər naziri Annalena Berbokun da bu siyahıya daxil olduğunu qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR