İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya kansleri və AK prezidenti Ukrayna üçün “Marşal Planı”nın hazırlanmasına çağırıblar

Almaniya kansleri Olaf Şolts və Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Ukrayna üçün “Marşal planı”nın hazırlanmasına və ölkənin yenidən qurulmasında Kiyevə göstərilən yardımın əlaqələndirilməsi üçün platformanın yaradılmasına çağırıblar.

“Report” xəbər verir ki, bu barədə siyasətçilər “Frankfurter Allgemeine Zeitung” qəzetində dərc olunmuş birgə məqalədə bildiriblər.

“Berlində keçiriləcək keçmiş sovet respublikasının bərpası üzrə ekspert konfransında biz ekspertlərlə beynəlxalq ictimaiyyətin Ukraynaya ən yaxşı şəkildə necə kömək edə biləcəyini müzakirə etmək istəyirik. Bərpa təşkilatı Ukraynanın gələcəkdə necə bir ölkəyə çevriləcəyini müəyyən edəcək. Tarixi müqayisələrdə həmişə ehtiyatlı olmaq lazım olsa belə, bu, XXI əsr üçün yeni Marşal Planının yaradılmasından başqa bir şey deyil” – məqalədə deyilir.

Kanslerin və AK rəhbərinin fikrincə, bu, nəsillərin vəzifəsidir:

“Eyni zamanda, Ukraynanın dəstəklənməsində Avropanın da mühüm rolu var, çünki bu ölkə Aİ üzvlüyünə namizəddir. Bu baxımdan bərpa yolu həm də Ukraynanın Avropa Birliyinə gedən yoludur. Kiyevə yardım Avropa İttifaqının marağındadır. Ukrayna digər məsələlərlə yanaşı qaydalara əsaslanan beynəlxalq nizamı, bizim dinc yanaşı yaşamağımızın və bütün dünyada firavanlığımızın əsaslarını müdafiə edir. Biz Ukraynaya dəstək verəndə öz gələcəyimizi və ümumi Avropamızın gələcəyini qururuq”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR