İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya kansleri Şröderi avropalılara təslim etmədi

Almaniya kansleri Olaf Şolts Avropa Parlamentinin Gerhard Şröderə qarşı Rusiyanın enerji şirkətlərində rəhbər vəzifələr tutduğu üçün ona qarşı sanksiyalar tətbiq olunması tələbini rədd edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Olaf Şolts holland həmkarı Mark Rütte ilə bilrikdə keçirdiyi mətbuat konfransında danışıb.

Almaniya lideri ölkə parlamentinin bu həftə Gerhard Şröderin Berlindəki ofisindən məhrum edilməsi barədə qərarını xatırladıb. Lakin sosial-demokrat siyasətçi keçmiş kanslerin bundan daha çox cəzalandırılmamalı olduğunu düşündüklərini söyləyib.

“Hesab edirəm ki, hazırkı anda başqa bir cəzaya gərək yoxdur. Gerhard Şröder tutduğu bütün postlardan da istefa versəydi, daha yaxşı olardı”,-deyə o, qeyd edib.

Xatırladaq ki, Gerhard Şröder Rusiyanın dövlət neft şirkəti “Rosneft”in direktorlar şurasının üzvüdür və bu ilin fevral ayında o, həm də Rusiyanın “Qazprom” enerji şirkətinin direktorlar şurasına irəli çəkilib. Ukraynada müharibə başlayandan qısa müddət sonra keçmiş kanslerin Berlindəki ofisinin işçiləri onun bu vəzifələrdən istefa etməməsinə etiraz əlaməti olaraq işdən çıxıblar. Keçmiş kansler ofis yerini itirsə də, yenə ayda 8300 avro müavinət alır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR