Onlayn ictimai-siyasi qəzet
Almaniya hökuməti yaxın illərdə Ermənistana kredit və qrant şəklində 84,6 milyon avro ayıracaq.
Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin baş katibi Niels Annen İrəvanda Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyanla birgə keçirdiyi brifinqdə bildirib. Ermənistan və Almaniya arasında hökumətlərarası danışıqların nəticələrinə görə (2014-cü ildən bəri ilk) Almaniya uzun illərdir ki, Ermənistana vəsait ayırır (əsasən kreditlər, həm də qrantlar şəklində).
Bu vəsaitlər Almaniya İnkişaf Bankı (KfW), eləcə də Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı (GIZ) vasitəsilə verilir. Annen əlavə edib ki, bu proqramlar davam edəcək. Əsas maliyyələşdirmə istiqamətləri arasında o, orta ixtisas təhsilinin inkişaf etdirilməsi, bərpa olunan enerji mənbələri, bələdiyyə orqanları üçün təcrübə mübadiləsi proqramlarını qeyd edib.
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ