İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya Boris Consonu BELƏ VURDU - Keçmiş nazirə SƏRT CAVAB

İngiltərənin keçmiş baş naziri Boris Conson Fransa, İtaliya və Almaniyanı sərt tənqid edib və bu ölkələrin Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəyə ilk reaksiyasını “fəlakətli” adlandırıb.

Musavat.com bu barədə "Daily Mail"ə istinadən xəbər verir.

Conson Berlinin müharibənin tez bitməsini istəməsi barədə iddia irəli sürüb. Fransanı isə Rusiya qüvvələrinin İtaliyaya keçməsi ehtimalını “inkar etməkdə” günahlandırıb. Boris Consonun sözlərinə görə, Makron ucuz yanacağa o qədər arxalanıb ki, Moskvaya qarşı sərt mövqe tuta bilmir.

Keçmiş baş nazir, həmçinin Ukrayna prezidenti Vladimir Zelenskini tərifləyib və Qərb hökumətlərini Kiyevə hərbi dəstəyi davam etdirməyə çağırıb.

Boris Consonun Almaniya haqqında fikirləri kansler Olaf Şolzu qəzəbləndirib.

“Biz bilirik ki, olduqca gülməli bir fiqur olan keçmiş baş nazir həmişə reallığa unikal münasibət göstərib. İndiki hal da istisna deyil” - Şolzun sözçüsü "The Telegraph" qəzetinə bildirib.

Britaniyanın “Guardian” qəzeti bu açıqlamanı “Almaniya Consonu diplomatik dillə vurdu” kimi şərh edib.

Nigar Cəfərli,
Musavat.com

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR